Yaponiya İŞİD-ə görə konstitusiyasında dəyişilik edir

13:24 | 05.02.2015
Yaponiya İŞİD-ə görə konstitusiyasında dəyişilik edir

Yaponiya İŞİD-ə görə konstitusiyasında dəyişilik edir

Yaponiyanın baş naziri Çinzo Abe orduya ölkə xaricində həyatı təhlükədə olan vətəndaşlarını xilas etmək üçün müdaxilə səlahiyyətlərinin verilməsini istəyir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş nazir parlamentdə keçirilən iclasda bu istəyini açıqlayıb və o, bu səlahiyyətin verilməsinə İŞİD-in edam etdiyi iki yapon vətəndaşının ölüm faktının təkan olduğunu deyib.

Qeyd edək ki, II Dünya Müharibəsindən sonra Yaponiyanın məğlubiyyətindən sonra ölkə konstitusiyası orduya ölkə xaricində hər hansı bir hərəkətlərin həyata keçirilməsini müəyyən çərçivəyə alıb. İndi baş nazir Abe həmin maddənin dəyişilməsini istədiyini deyib. Hazırda yapon hökuməti bununla bağlı parlemantə qanun layihəsi təqdim etməyə hazırlaşır. Baş nazir bu dəyişikliklərlə Yaponiya ordusunun ölkə xaricində müşahidəçi qismində deyil, hücuma məruz qalan müttəfiqlərə dəstək olmaq səlahiyyətlərinin verilməsini istəyir. "Kollektiv qanuni müdafiə" adı verilən bu doktrina qəbul edilərsə, Yaponiyanın müdafiə siyasətində son 60 ilin ən mühüm dəyişikliyi baş verəcək.

Parlamentarilər qarşısında çıxış edən baş nazir son hadisələrdən - ölkə vətəndaşlarının amansızcasına öldürülməsindən, terrorçuların isə cazsız qalmasından çox qəzəbləndiyini bildirib: "İŞİD bütün etdiklərinin cavabını ödəyəcək".

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM