ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ötən həftə iki yapon vətəndaşının əlində əsir olduğunu və onların azadlığı müqabilində 200 milyon dollar girov tələb edən terror təşkilatı vaxtın bitməsindən sonra əsirlərdən birini edam etmişdi. Dünən isə İŞİD yeni bir video yayımladı və digər yapon əsirlə bərabər bir neçə ay əvvəl terrorçuların əlinə düşən iordaniyalı pilotun azadlığa buraxılması müqabilində kamikadze qadın Saside Rişavinin azadlığa buraxılmasını tələb etdi. Terrorçuları bu tələblərin yerinə yetirilməsi üçün hər iki hökumətə 24 saat vaxt vermişdi.
2005-ci ildə Əmmanda həyata keçirmək istədiyi terror nəticəsində üstündəki bombalar partlamadığına görə həbs olunan Saside Rişavin eyni zamanda şəhərin ən böyük otelinin partladılmasında və 60 nəfərin öldürülməsində günahkar bilinir. Hazırda 34 yaşında olan Saside "Əl Qaidə"nin İraq qolunun yüksək səviyyəli rəhbərlərinin birinin bacısı olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !