Yaponiya NATO-da daimi nümayəndəliyini açıb

23:42 | 16.01.2025
Yaponiya NATO-da daimi nümayəndəliyini açıb

Yaponiya NATO-da daimi nümayəndəliyini açıb

Yaponiya NATO-da daimi nümayəndəliyini açıb.Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı Səfirliyi həyata keçirib.

"Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Tərəflər arasında əlaqələr son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olduğu daha da aydınlaşıb”, - deyə məlumatda qeyd olunub.
 
Seneqaldakı keçmiş səfir Osamu İzava alyansa daimi nümayəndə təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM