Yaponiya Olimpiadanı keçirmək niyyətindədir

19:30 | 17.04.2021
Yaponiya Olimpiadanı keçirmək niyyətindədir

Yaponiya Olimpiadanı keçirmək niyyətindədir

"Yaponiya hökuməti ölkədə epidemioloji vəziyyətin pisləşməsinə baxmayaraq, Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi planlarından imtina etməyi düşünmür”.

Bunu ölkənin baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Cozef Baydenlə keçirilmiş danışıqlardan sonra Ağ Evdə birgə mətbuat konfransında deyib.

"Yaponiya Oyunları bu yay Tokioda keçirməkdən ötrü hərtərəfli və tam hazırlığını davam etdirəcək”, - Suqa qeyd edib.

Xatırladaq ki, koronavirus pandemiyasına görə 2020-ci ildən təxirə salınmış Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqustda keçirilməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM