Cari ilin sentyabrında Yaponiya İspaniyanın Kanar adalarında "qara dəlik” və kosmik şüalar kimi hadisələrin tədqiqi üçün linza diametri 23 metr təşkil edən teleskopun inşasına başlamağı planlaşdırır.
Layihəyə Tokio Universiteti nəzdində Kosmik Şüaların Tədqiqi üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri rəhbərlik edir. Teleskop üçün güzgü 200 ayrı-ayrı seqmentdən quraşdırılacaq. Dünyada ümumilikdə vahid sistemdə birləşdiriləcək yeddi belə teleskopun inşası nəzərdə tutulur. Universitet mütəxəssisləri bildiriblər ki, bu konstruksiyanın yaradılması kosmik şüalar fenomeni daha ətraflı öyrənməyə və alimlərə "qara dəlik” sirrini açmağa imkan verəcək. "Teleskopların köməyi ilə biz Yer kürəsinin sirrini açmağa çalışacağıq”, - tədqiqat mərkəzinin əməkdaşları qeyd edib.
Ötən il Yaponiya və ABŞ həmçinin dünyanın ən böyük teleskopunun tikintisinə başlayıb. Tikinti işləri Havay adalarının Mauna-Kea vulkanının zirvəsində dəniz səviyyəsindən 4 min metr hündürlükdə aparılır. Nəhəng güzgüsü 500 seqmentdən quraşdırılacaq teleskopun diametri 30 metri ötəcək. İşlərin 2021-ci ilədək başa çatdırılması nəzərdə tutulur//Ictnews
Bizi sosial şəbəkələrdə izləyin !