Yaponiya şirkəti Çində televizor istehsalını dayandırır

13:00 | 01.02.2015
Yaponiya şirkəti Çində televizor istehsalını dayandırır

Yaponiya şirkəti Çində televizor istehsalını dayandırır

Yaponiyanın "Panasonic” şirkəti Çində yerləşən zavodunda televizor istehsalının dayandırılması barədə qərar qəbul edib. 


"Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Kiodo” agentliyi məlumat verib. 


Şirkət hər il Çin bazarı üçün 200 min ədəd məhsulun hazırlandığı Şandun əyalətindəki zavodda istehsal prosesini cümə günü dayandırıb. Zavodun idarəetməsini həyata keçirən vençur operator şirkəti yaxın vaxtlarda ləğv ediləcək, orada çalışan əməkdaşlar isə işdən azad olunacaq. Bu, "Panasonic”in 2013-cü ildə Şanxaydakı zavod fəaliyyətini dayandırdıqdan sonra Çində yerləşən yeganə sənaye kompleksi idi.   


Bildirilir ki, şirkət Meksikada yerləşən zavodunu da satmağı düşünür. Hər il "Panasonic” dünyada 7 milyon televizor satır, lakin son illər bu biznes şirkətə istehlakçılar tərəfindən tələbatın kəskin azalması səbəbindən ziyan gətirməyə başlayıb. Məhz xərclərin azaldılaraq istehsalın yenidən qurulması üçün Çindəki zavodun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib, - "TASS” yazır.  
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM