Yaponiya Türkmənistanda zavod tikəcək

20:31 | 26.10.2015
Yaponiya Türkmənistanda zavod tikəcək

Yaponiya Türkmənistanda zavod tikəcək


Yaponiyanın Sumitomo Corp. şirkəti oktyabrın 26-da bildirib ki, Türkmənistanda 400 meqavatlıq enerji zavodu tikmək üçün 300 milyon dollarlıq sifariş udub.

Bu kontrakt baş nazir Shinzo Abe-nin Türkmənistana səfəri zamanı imzalanıb.

Oktyabrın 23-də Yaponiyayla Türkmənistan dəyəri 18 milyard dollardan artıq sazişlər imzalayıblar.

Son vaxtlar Türkmənistan Çinə təbii qazın əsas idxalçısına çevrilib. Türkmənistan təbii qaz yataqlarına görə dünyada dördüncü yeri tutur.

Sumitomo bildirib ki, 2018-ci ilədək zavodun tikintisini başa çatdıracaq.

Yaponiya ötən həftə beş Orta Asiya respublikasına səfər edib.

Rusiya və Çin bu regionda iqtisadi və geosiyasi nüfuz savaşı aparır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM