Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıb

13:11 | 30.03.2023
Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıb

Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıb

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketinin ayrılması barədə qərar qəbul edib. Bu barədə UNİAN məlumat yayıb.

Ayrılan pulun bir hissəsi hərbi əməliyyatlar nəticəsində zədələnmiş Ukrayna enerji sisteminin bərpasına yönəldiləcək.

"Yaponiya çətinliklərlə üzləşən Ukrayna xalqını dəstəkləməyə və onun yanında olmağa davam edəcək", - nəşr yazır.

Tokionun Kiyevə göndərdiyi humanitar yardımın ümumi məbləği 1,6 milyard dolları ötür.
 
Martın 29-da Almaniya Ukraynaya hərbi yardım üçün əlavə 12 milyard avro ayırmağı planlaşdırmışdı. Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
 
Yeni yardımın martın 29-da təsdiqlənməsi gözlənilir. Bununla da, Almaniyanın Ukraynaya göstərdiyi hərbi dəstəyin ümumi məbləği 14,2 milyard avro təşkil edəcək.
 
Bundestaq yeni hərbi yardımş təsdiq edərsə, 2023-cü ildə Ukraynaya nəzərdə tutulan dəstəyin məbləği iki dəfədən çox artaraq 5,4 milyard avroya çatacaq.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM