Yaponiya vətəndaşını terrorçuya dəyişə bilər

13:30 | 25.01.2015
Yaponiya vətəndaşını terrorçuya dəyişə bilər

Yaponiya vətəndaşını terrorçuya dəyişə bilər

Yanvarın 24-də Yaponiya vaxtı ilə gecə saat 12-yə yaxın internetdə İŞİD yaraqlıları tərəfindən girov götürülmüş müstəqil jurnalist olan Kenzi Qotonun videosu yerləşdirilib. Videokadr ingilis dilində danışan, özünü K.Qoto kimi təqdim edən kişi səsi ilə müşayiət olunur.


AzərTAc  xəbər verir ki, videokadrda K. Qoto digər girov Haruna Yukavanın şəklini əlində tutub. O bildirir ki, bu, çox güman artıq qətlə yetirilmiş H.Yukavanın fotosudur. Həmçinin o, Yaponiyanın Baş naziri Şinzo Abeni H.Yukavanın qətlində günahlandıraraq deyir ki, Ş.Abe onları girov götürənlərin təhdidlərini ciddi qəbul etməyib.


Həyat yoldaşına müraciət edən K.Qoto, ondan Ş.Abeyə ona münasibətdə həmin səhvi təkrarlamağa imkan verməməyi xahiş edir. O, həmçinin digər ailə üzvlərini, dostlarını və həmkarlarını hökumətə təzyiq göstərməyə çağırır.


K.Qoto bildirir ki, İŞİD onun azad edilməsi üçün artıq pul tələb etmir. İnsanlar elə fikirləşməməlidirlər ki, bununla onlar terroristləri maliyyələşdirirlər.


Jurnalist bildirir ki, İŞİD onun azad olunması müqabilində İordaniya məhkəməsi tərəfindən haqqında ölüm hökmü çıxarılmış iraqlı qadın Sacida əl-Rişavinin azadlığa buraxılmasını tələb edir. Həmin qadın 2005-ci ildə Əmmanda törədilmiş və nəticədə 50 nəfərin həlak olduğu terror aktının təşkilatçılarından biri kimi təqsirləndirilib.


Yanvarın 25-də səhər saatlarında bəyanatla çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe İŞİD tərəfindən girovların birinin qətlə yetirilməsinə münasibət bildirib. Qətl hadisəsini bağışlanılmaz qəddarlıq aktı kimi xarakterizə edən Baş nazir deyib ki, Yaponiya hökuməti insan həyatına mühüm önəm verir və girovların azad olunması üçün bütün mümkün diplomatik kanallardan və sərəncamında olan digər vasitələrdən istifadə etməyə çalışır.


Ş. Abe deyib ki, H.Yukavanın ailəsinin keçirdiyi ağrılar barədə düşünərkən o kədərini ifadə etməyə söz tapa bilmir və bu bağışlanılmaz terror aktı onu qəhərləndirir.


İŞİD-in yeni tələbinə münasibət bildirən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa yanvarın 25-də keçirdiyi mətbuat konfransında qeyd edib ki, Yaponiya hökuməti bu tələblə bağlı İordaniya tərəfi ilə danışıqlar aparır. İnsan həyatının Yaponiya hökuməti üçün mühüm əhəmiyyətini vurğulayan baş katib İŞİD-in bu tələbinin həyat keçiriləcəyinin mümkünlüyünü təsdiqləyib.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM