Xorvatiya 1/4 finalda - YENİLƏNİB

22:11 | 05.12.2022
Xorvatiya 1/4 finalda - YENİLƏNİB

Xorvatiya 1/4 finalda - YENİLƏNİB

 Xorvatiya millisi dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
Modern.az xəbər verir ki, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı məğlub edərək, mərhələ adlayıb.
 
Gərgin keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən penaltilər seriyası təyin olunub. Penaltilərdə daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb
 
 
 
 ----
 Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.
 
 55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib.
 
---
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.
 
 44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib.
 
***
19:03
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
 
***
 
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
 
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
 
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda
 
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic.
 
Görüş saat 19:00-da start götürəcək(modern)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb