Yaponiyada 2 təyyarə toqquşub

11:49 | 01.02.2024
Yaponiyada 2 təyyarə toqquşub

Yaponiyada 2 təyyarə toqquşub

Yaponiyada hava limanında sərnişin təyyarələri toqquşub. Bu barədə Ntv xəbər verib.

Xəbərə görə, Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş zolağında toqquşub.
 
Qəzada ekipaj üzvləri və sərnişinlərdən xəsarət alan olmayıb. Təyyarəyə cüzi ziyan dəyib.
 
Toqquşmanın hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib.

Osaka ilə Hyoqo əyaləti arasında yerləşən Itami hava limanı köhnə paytaxt Kiotoya ən yaxın hava limanı kimi tanınır.

Aygün Mirakif






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM