Yaponiyada bu gün zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, zəlzələ Rixter şkalası ilə 6,1 bal gücündə olub. Hadisə Yaponiyanın daxili dənizində, Sikoku, Küsyu və Xonsyu adaları arasında baş verib. Sunami baş verməyib. Zəlzələ zamanı yüngül xəsarət alanlar var. Xirosima şəhərində müvəqqəti olaraq 8000 ailənin elektrik enerjisi kəsilib. Dağıntı qeydə alınmayıb. Metereoloji idarə xəbərdarlıq edir ki, bir neçə gün ərzində yeraltı təkanlar təkrarlanacaq.Xatırladaq ki, Yaponiya seysmik cəhətdən dünyanın ən aktiv nöqtələrindən biridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !