Yaponiyada koronavirusa görə məktəblər bağlanır

16:05 | 27.02.2020
Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyanın baş naziri Şinzo Abe koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində ölkə boyu bütün məktəbləri müvəqqəti olaraq bağlamaq niyyətində olduqlarını bildirib.

Anews.az "Report”-a istinadən xəbər verir ki, məktəblər qarşıdakı bazar ertəsindən etibarən yaz tətilinin sonunadək bağlı olacaq.

Ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bu qadağanı məktəbəqədər təhsil müəsssələrinə şamil etməməyi nəzərdə tutur.

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanlar 900 nəfərdən çoxdur, onların 705 nəfəri "Diamond Prinsess” gəzinti gəmisində olanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı isə 8 nəfərdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb