Yaponiyada qorxu sovuşdu

09:01 | 17.02.2015
Yaponiyada qorxu sovuşdu

Yaponiyada qorxu sovuşdu

Yaponiyada elan edilən sunami təhlükəsinin olmadığı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, "Gündoğan ölkə”nin şimal-şərqində 6,9 bal gücündə baş verən zəlzələdən sonra Yaponiya Milli Meteoroloji İdarəsi sunami xəbərdarlığı elan etmişdi. Lakin bir müddət sonra həyacana ehtiyac olmadığı və xəbərdarlığın ləğv edilməsi barədə məlumat yayılıb. 

Episentri İvate prefekturasının sahili yaxınlığında – dənizdə, ocağı 10 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar zamanı dalğanın hündürlüyü 1-20 santimetr arasında olub. 

Qeyd edək ki, İvate prefekturasında meydana gələn güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilərək, sakinlərin təcili təxliyyə edilməsi məsləhət görülmüşdü. Xəbərdarlıqda dalğaların bir metri ötə biləcəyi vurğulanırdı. 

Güclü yeraltı təkanlar Hönşü adasının şimal-şərq hissəsi prefekturalarında, eləcə də Hokkaydo adasında hiss olunub. 

Zərər çəkənlər və dağıntı barədə hələlik heç bir məlumat yoxdur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM