Tokio Universitetinin mütəxəssisləri qola elastik sarğı şəklində taxılan xüsusi qurğu hazırlayıblar.
"ICTnews" elektron xəbər xidməti "ria.ru” saytına istinadən bildirir ki, uzunluğu 18 sm və eni 30 sm olan sarğı şəklində qurğu orqanik elementlər əsasında işləyir, günəş panelləri şəklində avtonom enerjidoldurma sistemi, həmçinin səsli bildiriş qurğusu ilə təchiz edilib və orqanizmin həyati əhəmiyyətli siqnallarını (nəbzin tezliyini və bədənin hərarətini) izləyə bilir.
Sərt komponentlər əsasında hazırlanan adi sensorlar bir sıra səbəblərdən həm pasiyentləri, həm də həkimləri razı salmır. Yaponiyalı alimlər texniki xidmət və kənar enerji mənbəyi tələb etməyən ucuz və simsiz cihaz yarada biliblər.
Sarğının yaradıcıları qurğunu fevralın sonunda San-Fransiskoda keçiriləcək "2015 IEEE International Solid State Circuits Conference” konfransında təqdim etməyi planlaşdırırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !