Yaponiyadan nüvə stansiyası almayın. Bunun nəticəsi fəlakət olacaq”.
ANS PRESS-in məlumatına görə, Yaponiya vətəndaşları türk dilində Türkiyəyə müraciət edib. Belə ki, Yaponiya vətəndaşları Türkiyə ilə Yaponiya arasında Sinop şəhəri ərazisində tikiləcək nüvə stansiyanın tikintisi üçün imzalanan müqaviləyə qarşı çıxıb. Yaponiyalılar etirazlarını hazırladıqları videoçarx vasitəsilə ediblər. Videoçarxda 2 il əvvəl “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən qəzanı xatırladan Yaponiya vətəndaşı Türkiyəni eyni fəlakətlə üz-üzə qalacağı barədə xəbərdarlıq edib.Xatırladaq ki, 2013-cü ilin oktyabr ayında Türkiyə ilə Yaponiya arasında Sinop şəhəri ərazisində tikiləcək nüvə stansiyanın tikintisi üçün müqavilə bağlanmışdı.Videonu təqdim edirikANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !