Yaponlar baş nazirin istefasını istəyir

18:00 | 06.04.2021
Yaponlar baş nazirin istefasını istəyir

Yaponlar baş nazirin istefasını istəyir

Yaponiya əhalisinin demək olar ki, 60 faizi baş nazir Yoşihide Suqanın dərhal və ya hakim Liberal-demokrat Partiyasının sədri kimi səlahiyyətlərinin başa çatacağı tarixdə - sentyabrda istefasını istəyir.

Bu barədə "Yomiuri” qəzetinin apardığı sorğu nəticəsində bəlli olub.

Sorğuda 18-75 yaş aralığında mindən artıq insan iştirak edib. Sorğu iştirakçılarının 12 faizi baş nazirin dərhal istefasını, 47 faizi isə partiya sədri kimi səlahiyyətləri başa çatdıqdan sonra istefasını tələb edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM