Yerli KİV yazır ki, Yaponiyanın “Power Japan Plus” şirkəti Küsü Universitetinin mütəxəssisləri ilə birgə karbon yanacaq elementi ilə işləyən batareya hazırlayıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, istehsalçılar əmin edirlər ki, "Ryden" adlandırılmış batareya hazırda elektron qurğularda geniş şəkildə tətbiq olunan litium-ion batareyaları ilə müqayisədə 20 dəfə sürətli enerji toplayır.
Yeni batareya 3 min doldurulma-boşalma imkanına malikdir. “Power Japan Plus” şirkətinin rəsmisi deyib ki, “Ryden” batareyasının istehsalı litium-ion analoqlarla müqayisədə daha ucuz başa gəlir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !