Yaqub Zurufçunun son vəziyyəti necədir?-AÇIQLAMA

10:40 | 13.09.2021
Yaqub Zurufçunun son vəziyyəti necədir?-AÇIQLAMA

Yaqub Zurufçunun son vəziyyəti necədir?-AÇIQLAMA

"Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”.

Bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, həkimlər onun vəziyyətini mütəmadi izləyir:

"Hələ ki, heç bir yenilik yoxdur. Vəziyyəti ciddi nəzarətdə saxlanılır. Həkimlər tərəfindən bizə yeni bir məlumat verilməyib. Vəziyyəti stabil ağır olaraq qalır”.

Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu  dərhal "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.

Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb. (oxu.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM