Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib. Bunu açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.
O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Zurufçunun durumunu izləyiblər: "Həkimlər ötən gecə 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !