Yaralı əsgərimiz vətənə döndü - Foto+Video

09:10 | 18.12.2014
Yaralı əsgərimiz vətənə döndü - Foto+Video

Yaralı əsgərimiz vətənə döndü - Foto+Video

Bu ilin avqust ayında Ermənistan ordusunun cəbhədə aktivləşməsi zamanı 8 şəhid xəbərinin ardınca erməni silahlı birləşmələrinin yaraladığı əsgərlərmizdən biri, Türkiyədə müalicə alan 19 yaşlı əsgərimiz nəhayət vətənə qayıtdı.

19 yaşlı Sərxanı öz ayaqları üstündə vətənə qayıtdığını görmək məndə fərəh hissi yaratdı. Yenicə addımlayan körpəni xatırladan əsgərimizinin həyəcanı isə üzündən oxunurdu. Dayısının qolundan tutaraq bizə tərəf gələn Sərxan addımlarını inamla ataraq büdrəməməyə çalışırdı. O, öz sevincinin bizlərlə bölüşdü.
"Özümü çox yaxşı hiss edirəm. Çox sevinirəm ki, Azərbaycandayam. Prezidentimiz İlham Əliyevə və Müdafiə Naziri Zakir Həsənova təşəkkürümü bildirirəm. Ankarada fəaliyyət göstərən həkimlərə minnətdaram”.

Türkiyədə müalicəsi başa çatan Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri qarşılayıb.

Sərxan vətənə sağ-salamat qayıtmaq hissinin yaratdığı həyəcandan danışa bilmirdi. Sərxan Türkiyədə tamamilə müalicəsini başa vurub və Bakıda bir neçə yoxlamalardan sonra evinə buraxılacaq. Yaralanan əsgərlərimizin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

"Hərbi xidmətlərini davam etdirən əsgərlərə uğurlar arzulayıram. Azərbaycanın bütün problemlərinin həllində hər zaman Türkiyə olaraq, qardaş ölkə olaraq əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik” – deyə TİKA-nın kordinatoru Mustafa Haşim Polad bildirib.

Avqustun 9-da cəbhədə yaralanmış əsgərlərdən Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. //anspress.com



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb