Türkiyənin Ədalət və İnkişaf Partiyasının rəsmisi, Ordu şəhərinin millət vəkili İhsan Şener Azərbaycanın Qarabağda erməni diversiyası zamanı yaralanan iki Azərbaycan əsgərini ziyarət edib. ANS PRESS-in məlumatına görə, Şener həmçinin Qəzza zolağından Türkiyəyə gətirilən yaralıların vəziyyəti ilə də tanış olub. AKP rəsmisi yaralılara keçmiş olsun diləklərini çatdırıb. Türkiyənin hər kəsə köməyə qaçan bir ölkə olduğunu vurğulayan Şener əsgərlərlə danışıb: "Türkiyə onların da evidir. Qardaşlarımız üçün nə lazımdırsa ediləcək. Onlara Allahdan şəfa diləyirəm".Qəzzada baş verən qırğında yaralananlarla da söhbət edib: "Həm yaralıların yaralarını sarmaq üçün, həm də sülh prosesi üçün Türkiyə bölgəyə qatqı verir. Qəzzada insanlıq adına utanılacaq bir dram yaşanır. Ancaq bu drama dünya səssiz qalır. Türkiyə Fələstinli qardaşlarımızı tək buraxmayacaq. Fələstin də ağrıları dindirmək və humanitar yardımlar çatdırmaq ən böyük hədəfimizdir".Türkiyənin hər kəsə köməyə qaçan bir ölkə olduğunu vurğulayan Şener, "Qarabağda yaralanan soydaş, qardaş Azərbaycan əsgərlərini ziyarət etdik. Türkiyə onlarında evidir. Qardaşlarımız üçün nə lazımdırsa ediləcək. Onlara da təcili şəfalar diləyirəm" dedi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !