Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən AÇIQLAMA

11:59 | 13.03.2017
Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən AÇIQLAMA

Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən AÇIQLAMA

Keçən həftə Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir.

ANN.Az xəbər verir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur. 

"Sumqayıtda olan tələblərdən ikisi Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların üz-çənə nahiyyəsində əməliyyat aparılacaq. Kliniki Tibbi Mərkəzdə yaralı tələbələrin sayı 4, Sumqayıtdakı Xəstəxanada olan yaralı tələbələrin sayı isə 5-dir. Onların vəziyyətləri stabildir".

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti