Yarasalarda 1500 yeni koronavirus növü aşkarlandı

21:00 | 20.05.2020
Çinin Uhan şəhərində viruslarla bağlı aparılan araşdırmada yarasaların çox sayda koronavirus növü daşıdığı məlum olub. 

Yeniavaz.com "Hürriyet"ə istinadla xəbər verir ki, Uhanda aparılan araşdırma nəticəsində yarasaların 1500 koronavirus növü daşıdığı məlum olub.
 
Uhan Virologiya İnstitutunun mütəxəssislərindən Şi Zenqli bildirib ki, həmin koronaviruslardan bir çoxu olduqca təhlükəlidir.
 
Araşdırma üçün yarasalardan bir neçə növ analiz alınıb. Növbəti araşdırmada bəhs edilən 1500-ə yaxın virusdan hansının insana bulaşa biləcəyi araşdırılır.
 
Qeyd edək ki, hələlik koronavirusun sadəcə, SARS (2003), MERS-CoV (2012–2015) ve COVİD-19 növlərinin pandemiyaya yol açadığı bilinir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM