“Yarımçıq qalmış...” Gənc Tamaşaçılar Teatrının səhnəsində

20:22 | 17.01.2017
“Yarımçıq qalmış...” Gənc Tamaşaçılar Teatrının səhnəsində

“Yarımçıq qalmış...” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Dövlət Gənc Tamaşaçılar Teatrında 2017-ci il  üçün təsdiq edilmiş  daha bir yeni tamaşanın məşqləri start götürüb.
 
Bu dəfə teatrın yaradıcı heyəti Y.Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcəklər. 

Yeni səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. 

Tamaşada əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar. 

2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq” fakültəsinin məzunu  Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşanın premyerasının cari ilin mart ayında təqdim olunması nəzərdə tutulur. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM