İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın "3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X. Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Ceyhun Hüseynovlar kömək edib.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !