Yasa gələn olmadı, oğlan anasını velosipedlə aparıb basdırdı - VİDEO

13:16 | 19.01.2019
Yasa gələn olmadı, oğlan anasını velosipedlə aparıb basdırdı - VİDEO

Yasa gələn olmadı, oğlan anasını velosipedlə aparıb basdırdı - VİDEO

17 yaşlı oğlan anasının yas mərasiminə qatılan olmadığına görə onu tək dəfn etmək məcburiyyətində qalıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Hindistanda baş verib. 17 yaşlı oğlan anasının cəsədini velosipedlə 5 kilometr boyunca daşıyaraq meşəlik ərazidə torpağa tapşırıb. O, cəsədi daşıyarkən ayaqyalın halda olub.

Deyilənlərə görə, 17 yaşlı Sarojun anası su gətirmək üçün bulağa gedən zaman anidən halı pisləşərək yerə yıxılıb, ölüb.
Saroj anasını dəfn etmək üçün qonşulardan yardım istəsə də onlar oğlana kömək etməyiblər. Buna səbəb isə Saroj və anasının aşağı kastaya mənsub olmasıdır.

Milli.Az hadisə ilə bağlı görüntüləri təqdim edir:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb