Yasamal: Bakının seçilən rayonu

Bakının mərkəzi rayonlarından biri olan Yasamal rayonunun bir inzibati vahid kimi artıq
yüzdən çox yaşı var. Lakin tarixi və coqrafi bir ərazi kimi Yasamalın daha qədim
tarixi var. Özünün spesifik adətləri və tarixi ilə fərqlənən Yasamal bügün
paytaxt Bakının mühüm bir rayonudur.Ərazisi nisbətən kiçik olsa da, əhalisi yüz
minlərlədir.Gözəl parklar, qədim məscidlər və müasir yaşayış komplekslərinin cəmləşdiyi
bir rayon kimi tanınan Yasamal paytaxt Bakının son on illiklər ərzindəki sürətli
inkişafını əks etdirir.Burada bir sıra metro stansiyaları, ölkənin aparıcı elm
və təhsil ocaqları, dövlət idarələri və iri ticarət mərkəzləri cəmləşib. Bu gün
Yasamalı elm-təhsil və gənclər rayonu kimi xarakterizə etmək olar.
Əminliklə
demək olar ki, bu gün Yasamal Bakı şəhərinin ən təmiz və səliqə-səhmanlı
rayonlarından biridir. Son illər müşahidə etsək görərik ki, rayon boyunca
kommunal xidmətlər gündəlik qaydada operativ iş görür, məişət tullantılarını
daşıyır, həftə sonları isə burada genişmiqyaslı daxili iməcilik aksiyaları
keçirilir. Həyata
keçirilən iməclik zamanı prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin,
yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir. Həmçinin yol kənarlarında
yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşkləri
yuyulur, ətrafı təmizlənir.Yol
kənarları, bordür və tullantı konteyneri ərazilərinin xüsusi maddələrlə yuyulması
isə xüsusən təqdirəlayiq haldır.Şişirtmədən demək olar ki, bu gün Yasamal
rayonu az qala parıldayır.Bu mənada Yasamal rayonu digərlərinə nümunə ola bilər.


Kommunal xidmətlər
gündəlik qaydada iş görürlər
Digər təqdirəlayiq
məqam isə Yasamal rayonu ərazisində, xüsusən də məhəllədaxili ərazilərdə,
asfalt örtüklərinin təzələnməsidir. Son bir neçə ildə bu sahədə xeyli iş
görülüb.Uzun illər təmir edilməyən və gediş-gəliş üçün yararsız yollar
asfaltlanıb.Bunu xüsusən də Alatava,Yeni Yasamal, Sovetski və digər yaşayış
massivlərindəki məhəllədaxili yollar barədə demək olar.Son dəfə az qala Sovet
dövründə asfalt örtüyü təzələnmiş yollar son illər tam yenilənib.Yolların yenilənməsi həyata
keçirilərkən ilk növbədə Yasamal rayon sakinlərinin təklifləri nəzərə alınır.
Asfaltlama və təmir-bərpa işləri əsasən yol örtüyünün vəziyyəti qənaətbəxş
olmayan torpaq əsaslı küçə və yollarda aparılır.Asfaltlama işləri çərçivəsində
küçə boyu köhnə örtük sökülür, yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra
isə yeni asfalt örtüyü döşənir.


Rayon ərazisindəki
yararsız yollar asfaltlanır
Təqdirəlayiq digər hal isə Yasamal
rayonunda yaşıllıqlara göstərilən diqqətdir. Son bir neçə il ərzində rayonda dəfələrlə
ağacəkmə aksiyaları keçirilib. Ağaclar və gül kolları əkilib, parklarda təmizlik
işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb. Bu gün Yasamal
rayoundakı yaşıl zonalara xüsusi diqqət göstərilir və onlar mütəmadi qaydada
sulanır, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Bu
cür aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək,
ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək
və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.


Yasamal rayonunda yaşıllıqlara
xüsusi diqqət göstərilir
Yasamal rayonunda baş verən digər
diqqətiçəkən məqam rayonda yeni-yeni abad məhəllələrin, süni örtüklü futbol
meydançalaırının və istirahət məkanlarının yaradılaması və sakinlərin
ixtiyarına verilməsidir. Son illər qurulmuş və abadlaşdırılmış Abad həyətlərdən
bu gün Yasamal sakinləri geniş istifadə edir. Bu
cür məkanların istifadəyə verilməsi yerli sakinlərin, xüsusən də uşaq və
yeniyetmələrin, asudə vaxtını səmərəli keçirmələri üçün gözəl imkanlar yaradıb.Rayonda
idman və asudə infrastrukturunun yenilənməsi yeni nəslin inkişafı və pis vərdişlərdən
qorunması baxmından mühüm əhəmiyyət daşıyır.

Bir sözlə bu gün Yasamal rayonu sürətlə dəyişir, inkişaf edir və yeni səviyyəyə çıxır.
Orxan Əlizadə
Şəhərsalma eksperti
www.anews.az