Yasamal bazarında YANĞIN - VİDEO

11:00 | 14.12.2013
Yasamal bazarında YANĞIN - VİDEO

Yasamal bazarında YANĞIN - VİDEO

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın olub. APA TV-nin məlumatına görə, bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub.  Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb.

 

Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür