Yasamal İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib

14:43 | 28.04.2021
Yasamal İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib

Yasamal İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib

Çernobıl qəzasının 35-ci ildönümü ilə əlaqədarYasamal rayon İcra Hakimiyyətində Çernobıl əlilləri və onların qazi övladları ilə görüş keçirilib.Görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırladıb ki, 1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlər azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qaldı. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutuldular.

Bildirildi ki, Çernobıl qəzası sonradan böyük sosial problem yaratdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev  hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu.

Elşad Həsənov bildirdi ki,Yasamal rayonundan Çernobıl qəzasının aradan qaldırılmasında 150-dən çox nəfər iştirak edib. Bu gün Çernobıl əlilləri dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunur.Bu günlərdə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Çernobıl əlillərinə mənzillər verilib. Bu addım Çernobıl əlillərinə diqqət və qayğının ən gözəl nümunəsidir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki,  Yasamal rayonu üzrə Çernobıl əlillərinin ailə üzvləri Azərbaycanın yeni, şanlı tarixinə şərəfli imza atıblar.Belə ki, onların övladları 44 günlük Vətən müharibəsində iştirak ediblər. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu sıralarında erməni ordusunu məhv ediblər.

Tədbirdə çıxış edən  "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Birliyin Yasamal rayonu üzrə sədri Çeyhun İbadov, qurumun sıravi üzvləri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açdılar. Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yardım və köməyə görə xüsusi minnətdarlığını bildirdilər.Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq sovqatları təqdim edildi.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM