Yasamal rayonunda antisanitar ət satışına qarşı reydlər davam edir

19:16 | 15.04.2020
Yasamal rayonunda antisanitar ət satışına qarşı reydlər davam edir

Yasamal rayonunda antisanitar ət satışına qarşı reydlər davam edir

 
Bakı şəhərinin Yasamal rayonunda vətəndaşların sağlamlığının qorunması və onları təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda ölkəmizdə həyata keçirilən koronavirusa qarşı genişmiqyaslı mübarizə tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və digər ictimai iaşə məntəqələrində növbəti reyd keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşlarının birgə reydi zamanı rayonun Məhəmməd Xiyabani küçəsində bəzi kəsim yerlərində heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə həyata keçirildiyi müəyyən olunub. Ət kəsimilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və müasir kəsim məntəqələrində həyata keçirmək barədə xəbərdarlıq edilib. Bu yerlərdə ət kəsimi üçün dəmir konstruksiyalar kəsilərək götürülüb,  həmçinin ərazidəki iri qabaritli manqallar da yığışdırılıb.
       
Reyd zamanı koronavirusla mübarizə  çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair şərtlər sahibkarların nəzərinə çatdırılıb.

Yasamal rayonunda insanların sağlamlığının qorunmasına və antisanitar şəraitdə fəaliyyətin qarşısının alınmasına yönəlmiş reydlər bundan sonra da davam etdiriləcək.  
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb