• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişi ildönümü qeyd olunub

Yasamal rayonunda Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişi ildönümü qeyd olunub
13.07.2024 21:31

Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş "14 iyul 1969-cu il:Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov, Misir Mərdanov, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri düzülüb. Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, gül dəstələri qoyulub.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Qeyd edilib ki,1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ulu öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərlərimizin əldə olunması ilə daha da aydınlanmışdır.

Çıxış edən natiqlər qeyd etdiblər ki,ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü respublikamızın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizin şanlı səhifəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycan ötən əsrin 70-80-ci illərində böyük tərəqqiyə nail olub, keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ən qabaqcıl sənaye ölkəsinə çevrilib, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox