• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda “Yaşıl dünya naminə həmrəylik ili“ qeyd olunub

Yasamal rayonunda “Yaşıl dünya naminə həmrəylik ili“ qeyd olunub
08.06.2024 16:04
Yasamal Rayon İcra Hakimiyyətinin və A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Nəfəs” adlı pantomim tamaşa nümayiş olunub.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, habelə müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə məktəbin həyətində şagirdlərin ifasında  fləşmob təqdim olunub, qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.Sərgidə şagirdlər təbiətə olan sevgilərini, onu qorumaq vacibliyini, təbiətdən istifadə və ətraf mühitin mühafizəsindən bəhs edən hazırladıqları əl işlərini təqdim ediblər.

Dövlət Himni səslənib, Heydər Əliyevin və qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra şagirdlərin ifasında  "Nəfəs” adlı pantomim tamaşa nümayiş olunub.Tamaşadan sonra çıxış edənlər təəssürütlarını bölüşərək şagird və müəllim kollektivinə öz təşəkkürlərini bildiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol