Yasamalda 16 yaşlı oğlan bıçaqlanıb

19:53 | 16.11.2019
Yasamalda 16 yaşlı oğlan bıçaqlanıb

Yasamalda 16 yaşlı oğlan bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə "Hyatt Regency" hotelinin yaxınlığında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Zərərçəkmiş əməliyyat üçün reanimasiya şöbəsinə yerləşdirilib. (apa.az)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM