Yasamalda hansı evlər söküləcək? - PLAN

13:00 | 11.02.2014
Yasamalda hansı evlər söküləcək? - PLAN

Yasamalda hansı evlər söküləcək? - PLAN

"Evlər 6 mərhələdə söküləcək"İmaməli Mahmudov: "1-ci mərhələdə Vergilər Nazirliyinin arxasından Nərimanov heykəlinə qədər ərazidə söküntü işləri aparılacaq"Yasamal rayonunda evlər 6 mərhələdə söküləcək. Bu sözləri Movqe.az-a açıqlamasında Yasamal rayon İcra Hakimiyyətində söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü İmaməli Mahmudov söyləyib. İ. Mahmudov bildirib ki, 1-ci mərhələdə Vergilər Nazirliyinin arxasından Nərimanov heykəlinə qədər ərazidə söküntü işləri aparılacaq. İ. Mahmudov bildirib ki, söküləcək ərazidə yol genişləndiriləcək. İ. Mahmudov hələ ki söküntü işlərinə start verilmədiyini evlərin layihələrinin çəkildiyini söyləyib: "Hələki layihələr çəkilir. Bu günə olan məlumata görə, 2095 evin qaralama layihəsi çəkilib. Ümumi söküntüsü nəzərdə tutulan 10 min 500 tikilinin layihəsi çəkilməlidir. Amma qeyd etdiyim kimi, bu iş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 502 saylı sərəncamına əsasən 6 mərhələdə həyata keçiriləcək. Yəni 10 min 500 ev birdən-birə sökülməyəcək. Mərhələ ilə söküntü aparılacaq ərazilərdə tikililərin layihəsi çəkiləcək, sahibləri dəvət olunaraq onlarla fərdi şəkildə görüş keçiriləcək".İ. Mahmudov bildirib ki, söküntü aparılacaq ərazi 40 hektara yaxındır. Onun sözlərinə görə, söküntünün nə vaxt başa çatdırılması ilə bağlı konkret müddət göstərilməyib. İ. Mahmudov ən sonda Nizami metrostansiyasının arxa hissəsində söküntünün aparılacağını bildirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti