Yasamalda yeznəsini öldürən şəxsə — AĞIR CƏZA

18:30 | 15.05.2019
Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini qətlə yetirməkdə təqsirli bilinən Samir Ağakişiyevə hökm oxunub.

"Ölkə.Az" xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də Bakının Yasamal rayonunda baş verib. Evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən hadisə yerində ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, yeznəsini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

www.anews.az
loading...