“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (“SeDEP” QHT-lər koalisiyası) prezidenti Yaşar Cəfərli fevralın 28-dən ictimai fəaliyyətini dayandıracaq.APA-nın məlumatına görə, bu barədə Yaşar Cəfərlinin yaydığı bəyanatda bildirilib. Y. Cəfərli istefa verməsinə səbəb kimi ictimai fəaliyyətini 50 yaşı tamam olan gün dayandıracağını bəyan etməsi, uzun müddət eyni işlə məşğul olmağın yorucu olması, Azərbaycanda onun üçün perspektivlərin tükənməsini göstərib. QHT rəhbəri onu da bildirib ki, o, “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin sıravi üzvlüyündə qalmaqla yanaşı, fərdi qaydada müstəqil araşdırmaçı və müstəqil hüquq müdafiəçisi kimi ictimai fəaliyyətini davam etdirəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !