Yaşar Lətifov tələbələrlə görüşdü

12:39 | 24.11.2014
Yaşar Lətifov tələbələrlə görüşdü

Yaşar Lətifov tələbələrlə görüşdü

ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində olub və tələbələrlə görüş keçiriblər.Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edən rektor, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə tələbələrin diqqətinə çatdırıb və onların ARDNŞ-nın gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.Daha sonra ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft yatağlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edildi. Həmçinin təqdimatda layihənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən, cənab prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının əyani sübütu olduğu qeyd edildi.Öz növbəsində şirkətin digər mütəxəssisləri AÇG layihəsi haqqında tələbələri ətraflı məlumatlandırdılar.Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırıldı.Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olundu və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olundu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM