Yaşar Vahabzadə ilə yanaşı, onun köməkçiləri də komandadan göndərilib.
Gəncə təmsilçisinin açıqlamasında bildirilib.
"Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Y.Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.
Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz”i çalışdırırdı.
"Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !