Yaşayış binasında partlayış: 2 ölü, 17 yaralı

23:59 | 12.03.2014
Yaşayış binasında partlayış: 2 ölü, 17 yaralı

Yaşayış binasında partlayış: 2 ölü, 17 yaralı

ABŞ-ın Nyu-York şəhərində beşmərtəbəli binalarda partlayış olub. ANS PRESS-in məlumatına görə, 2 binada baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb. Dağıntılar altında insanların qaldığı bildirilir. 17 nəfər xəsarət alıb. Hər 2 bina tamamilə dağılıb. Binaların yaxınlığında dayanmış avtomobillərə ziyan dəyib. Qonşu binaların sakinləri təcili təxliyyə edilib. Dağılan binalara bitişik evlərin davamlılığı yoxlanılır. Səhər saatlarında baş vermiş partlayışın səbəbləri araşdırılır. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Lakin hadisə şahidlərinin partlayışdan əvvəl qaz iyini hiss etmədiklərini bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb