“Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

18:40 | 07.11.2024
“Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək


Noyabrın 20-də Bakıda COP29 çərçivəsində "Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir "Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti