“Yaşıl” texnologiyalara keçid əhəmiyyətli investisiya tələb edir

16:27 | 10.06.2024
“Yaşıl” texnologiyalara keçid əhəmiyyətli investisiya tələb edir

“Yaşıl” texnologiyalara keçid əhəmiyyətli investisiya tələb edir

"Yaşıl” texnologiyalara keçid əhəmiyyətli investisiya qoyuluşu tələb edir. Bunu  Milli Məclisin deputatı, BMT-nin İqlim Dəyişikliyi üzrə COP29-da yüksək səviyyəli lideri Nigar Arpadarai bildirib. 

"Yaşıl texnologiyalara keçid bahadır və bu prosesləri yaşıl iqtisadiyyata çevirmək üçün trilyonlarla dollar tələb olunur. Bu maliyyə haradan gələcək və biz bunun nəticələri nə olacq suallarına artıq cavablar var. Məsələn, COP prosesinə qoşulmazdan əvvəl, dünyanın müxtəlif, lakin eyni zamanda kiçik olduğunu başa düşürsən. Biz müxtəlif xalqların üzləşdiyi problemlərin şahidi oluruq ki, məsələn, kiçik ada dövlətləri təhlükə qarşısında olduğunu iddia edir, bu da onların məhv olması deməkdir",  - Arpadarai bildirib. 

Onun sözlərinə görə, problemlə bağlı məlumatlılıq səviyyəsi artır və bu, qəti addımlar atmadan növbəti mərhələyə keçməyə imkan vermir.

"Bununla bağlı kəskin problem var. Məsələn, biz Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Digər ölkələrdə də ciddi ekoloji problemlər yaşanır. Bu il baş verən fəlakətlərə nəzər saldıqda, nə qədər ciddi olduğu aydın görünür. Qərarların qəbul edilməsinin məsuliyyəti böyükdür və biz onları qəbul etməsək, bu fəlakətlər daha da pisləşəcək. BU çox ciddi reallıqdır”, - o əlavə edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Tərəflərin Konfransı) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan Tərəflərin Konfransı mənasını verir.

198 ölkə konvensiyanın iştirakçısıdır.  COP hər il keçirilir. İlk COP 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM