Yaşlı, şorgöz müəllim və özünü ərinə bəyəndirən qadın - ARAŞDIRMA

12:55 | 01.03.2014
Yaşlı, şorgöz müəllim və özünü ərinə bəyəndirən qadın - ARAŞDIRMA

Yaşlı, şorgöz müəllim və özünü ərinə bəyəndirən qadın - ARAŞDIRMA

"Zərif cins", "gözəl cins" - qadınları həmişə belə adlandırıblar. Onda ortaya digər sual çıxır - niyə güclü cinslə müqayisədə zərif cinsə daha çox tələblər qoyulur? Niyə kişilərə icazə verilənləri qadınlar etdikdə cəmiyyət buna sərt təpki göstərir və bunu onlara bağışlamır? Bu paradoksal vəziyyətin səbəbi nədir?Aysel çoxdan qrup yoldaşı Zaurdan xoşlanırdı. O, Zaurun diqqətini cəlb etmək üçün özünə daha çox bəzək-düzək vurur, gündəlik geyim-keçiminə fikir verir, artıq makiyajdan istifadə edirdi. Geyimlərində çox da açıq-saçıq olmasını istəməz, amma dəbli və gözəl görünməyə çalışırdı. Bəzən o, xəyalən hadisələri qabaqlayaraq Zaurla toyunun və uşaqlarının olmasını belə təsəvvür edirdi.Reallıq isə çox amansızdır. Özünə xeyli diqqət ayırması, cəlbedici görünməsi onu zəhlətökən tanışlıq cəhdləri ilə üzbəüz qoyur, gündəlik reallığına çevrilirdi. Üstəlik, çirkin baxışların üzərində gəzdiyini hiss etmək, iyrənc sözlər eşitmək onu çox incidirdi. Hətta institutda belə Aysel bu münasibətdən xilas ola bilmirdi – auditoriyada dərs deyən yaşlı müəllim Ayseli şorgözlüklə süzür, yer gəldi-gəlmədi qızla təmasa keçmək istəyirdi. Aysel düşdüyü bu durumla bağlı kimə müraciət etməli olduğunu bilmir, çünki əvəzində belə bir cavab eşidəcəyinə əmindir: "Özün günahkarsan, çox cəlbedicisən, bəs nə düşünürdün?" Halbuki, o, gündəlik həyatında nə yad oğlanlar, nə də  qoca mühazirəçi haqqında düşünmür…Əri Pərvini döyürdü. Qadın ərinin xoşuna gəlmək üçün öz davranışlarını dəyişməyə məcbur olur, müxtəlif vasitələrdən istifadə edir, amma yenə də ərini heç cür razı sala bilmirdi. Pərvin çaşqınlıq içində qalır – bəlkə problem ondadır, bəlkə o, həqiqətən kifayət qədər yaxşı arvad deyil (o, bir neçə dəfə öz ünvanına belə ittihamlar eşitdiyinə belə bir fikrə gəlib – Ç.Q.) Pərvin hərdən fikirləşir ki, bəlkə onun əri elə kişilərdəndir ki, onu heç cür razı salmaq mümkün deyil?! Doğrudanmı, kiminsə natamamlığı – ona qarşı fiziki güc tətbiq etməyə əsas verir? Əgər bu, belədirsə, onda Pərvinin əri ilk növbədə özündən başlamalı idi axı...Bu kimi faktları çox sadalamaq olar. Bizim ölkəmizdə paradoksal vəziyyət formalaşır – bir tərəfdən, kişilər ictimai nəqliyyatda qadınlara yer verməklə, onları müdafiə etməklə, ən ağır işləri öz üzərinə götürməklə xanımlara hörmət bəslədiklərini nümayiş etdirirlər, digər tərəfdən – elə həmin qızların və qadınların psixoloji vəziyyəti elə də ürəkaçan deyil.Bizim cəmiyyətimizdə gənc qızın ümumiləşdirilmiş qlamur obrazı mövcuddur. O, hərtərəfli təmin edilib (əsasən valideynlərinin hesabına): işləməməyə üstünlük verir, heç bir bacarığa malik deyil, eyni zamanda tələbləri çox yüksəkdir. Belə obraz onlarla qarşılaşanlarda nifrət doğurur. Sual yaranır – doğrudanmı, hətta bu obraza tamamilə uyğun qızlar, özlərinə qarşı belə münasibətə layiqdirlər? Məgər ölkədə problem azdır ki, bütün günü qız və xanımların davranışını, özlərini necə aparmaq məsələsini müzakirə etmək və lağa qoymaq lazımdır? Məsələn, rüşvət götürən məmurlar, şəhər küçələrində yüksək sürətlə maşın ötüşdürən harın məmur, biznesmen övladlarının hərəkətlərinə, yaxud cəmiyyətə digər ziyanverən neqativ hadisələri müzakirəyə çıxarmaq olmaz? Və, doğrudanmı, bu qızlar günahkardırlar ki, televiziya onlara məhz belə davranış modelini aşılayır və onlara göstərilən münasibətə baxmayaraq, məhz onlar kimisi kişilər arasında daha məşhurdur?Qadın istənilən hərəkəti müqabilində qınağa məruz qalacağına risk edir. Ərə getməmiş qadını cəmiyyət zərərli hesab edir. Hər yerdə qınağa tuş gəlirlər ki, yaşıdaları ev-eşik, uşaq sahibidir, amma sən subay gəzirsən. Hətta qohumlar açıq hücuma da keçirlər ki, niyə ərə getmirsən? Bu azmış kimi, özünü ailəyə və uşaqlara həsr etmiş qadın əlindən heç-zad gəlməyən evdar qadın adlandırılır, işləyən qadın isə ailəni və uşaqları atmaqda ittiham olunur  (və indiki halda həqiqət heç kəsi maraqlandırmır). Sakit birisi çox fağır olmaqda ittiham olunur, fəal qadın isə şərq xanımına yaraşmayan davranışlar etməsinə görə suçlu bilinir. O, həm yemək hazırlamalıdır, həm təsərrüfat işlərinə baxmalıdır və eyni zamanda özünü formada saxlamalı, gözəlliyini qorumalıdır. Heç bir halda yorulmamalı,  heç bir halda öz pis əhval-ruhiyyəsini göstərməməlidir. Əks halda, onun aqressiv adlandırılma riski var. Amma əsas mühüm problem odur ki, o, başına gələn istənilən hadisəyə görə cəmiyyətin gözündə günahkardır, çünki özünə qarşı zorakılığın qarşısını ala bilməyib. Əsl cinayətkarı daha az ittiham və müzakirə edəcəklər, nəinki həmin qadını.Bəs cəmiyyətin belə münasibət sərgiləməsinin səbəbi nədir? Niyə cəmiyyət iddia edir ki, qadınlar kövrək və çox gözəldir, onlar - analar və bacılardır, ən yaxşısına layiqdirlər, ancaq eyni zamanda onlara qarşı ağlasığmaz tələblər irəli sürülür? Niyə istənilən atdığı addım müqabilində qadın qınaq hədəfinə tuş gəlir?Bu hadisə mizoqiniya adlanır. "Mizoqiniya" sözü yunanca “misos” sözündən götürülüb – nifrət və “gyne” – qadınlara qarşı nifrət bildirir, “qadınsevməzlik” mənasını verir. Mizoqiniya iki tipə bölünür: daxili – qadınların özlərinə qarşı neqativ münasibət və xarici – qadınlara ikinci növ varlıqlar kimi translyasiya edilən münasibət. Bəzən qadınlara nifrət şəxsiyyətin ümumi neqativ istiqaməti fonunda şəxsi incikliklərin nəticəsi olaraq ortaya çıxır və qisas formasıdır. Həmçinin mizoqiniya öyrətmə əsasında formalaşdırılır. Yəni, öz ailəsində qadınlara neqativ münasibət görən uşaq da gələcəkdə qadınlara pis münasibət sərgilən birisi olur (əgər bu uşaq – qızdırsa, ona özünə də həmçinin eyni münasibətdə olacaq). Bu və ya digər qabiliyyətlərin qadınlarında yoxluğu haqqında stereotip fikirlər, qadınları dinləməkdən imtina və onların problemlərinə laqeyid münasibət göstərmək, ailənin ümumi işində qadınların töhfəsini dəyərsiz saymaq, bütün bunlar hamısı – mizoqiniyanın təzahürləridir. Hələ selektiv abortlar, qadınlara qarşı zorakılıq və başqa neqativ hadisələr kimi iyrənc faktlar haqda danışmıram.

Təəssüf ki, mizoqiniyanın bütün təzahürləri arasında ən böyük yeri daxili mizoqiniya tutur – qadınların bir-birinə nifrəti. Onun mənbələri həm stereotiplər sahəsidir, məsələn, qadınların manipulyator və araqızışdıran olması barədə təsəvvürlər – (eyni zamanda siyasətdə və biznesdə onlar elə də çox deyillər, amma axı məhz bu sahələrdə manipulyasiyalar və qeyriləri daha geniş yayılıb, bununla məşğul olan kişilərdir), ona görə də onlara etibar etmək olmaz. Həmçinin, karyerada irəliləmək üçün qadınlar kişilərdən daha çox əziyyət çəkirlər, qadınlarda özünə və gücünə qarşı inamsızlıq genişlənir,  nəticədə uğur qazananlara qarşı neqativizm və paxıllıq vüsət alır.

Ev işləri ilə yüklənən qadınların karyerada irəliləməyin əsas şərtlərindən sayılan əlavə təhsil almağa vaxtları az olur (valideynlər və ya ərlər tərəfindən işləməyə birbaşa qadağaların olmasını nəzərə almasaq). Həmçinin, uşaqların tərbiyəsiylə məhz onlar məşğul olurlar ki, bu da yekunda onların karyera yarışısında geri qalmasına gətirib çıxarır. Bir çox kişilər ev vəzifələrini və uşaq qayğılarını onlarla bölmək istəmirlər və qadının yükü daha da ağırlaşır. Əgər qadın işləmirsə, onun evdəki əməyi kişilər və cəmiyyət tərəfindən qiymətləndirilmir, çünki onlar qadının evdə işləməsini bir təbii hadisə kimi qavrayırlar. O, istirahət edən və ev işləriylə yüklənməmiş başqa qadın gördükdə, acı sualla özünə müraciət edir – bəs niyə onun həyatı ağır deyil?

Mizoqiniyanın daha bir mənbəsi "istehlak şüuru"dur. İnsan şəxsiyyət kimi öz dəyərini itirir, bu və ya digər resursu (məsələn, öz növüylə həzz çatdıran, maddi xeyir mənbəyi və başqa) çatdıran obyekt kimi baxılmağa başlayır. Bu proses qadınlara da toxunur – biz reklamda çox gözəl qadın bədənlərini görürük, onlar füsünkarcasına gülümsəyirlər və yuyucu tozlardan tutmuş, mişarlara qədər hər şey satırlar. Onlar malik olunması mümkün olan obyektlər kimi təqdim edilirlər, amma canlı insanlar kimi deyil, öz problemləri olan şəxsiyyətlər kimi. Nəticədə qızlar özləri-özlərini insan kimi hiss etmirlər.

Bəs mizonqiniya ilə necə mübarizə aparmalı? Əvvəlcə istənilən insanın, istənilən şəxsiyyətin cinsindən və unikallığından asılı olmayaraq dəyərini dərk etməsi lazımdır. Mizonqiniyadan qurtulmaq üçün, ona fikir verməyi öyrənmək lazımdır – qadınlar haqqında stereotip alçaldıcı frazalardan imtina etmək lazımdır, onlara dəstək olmaq, özünü həmin qadının yerinə qoyub sual etməyi öyrənmək lazımdır ki, bəs mən bu vəziyyətə necə münasibət sərgiləyərdim? Və ən vacibi – mizonqiniyanın təzahürlərini və başqa nifrət formalarını gördükdə rəhm göstərmək, nifrətə nifrətlə cavab verməmək. Əks təqdirdə bütün yuxarıda göstərilənlər effekt verməyəcək.

Mizoqiniya –gələcəkdə harmoniya və çiçəklənmə naminə mübarizə aparılmalı olan haldır.

Çinarə QuliyevaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb