Yaxın günlərdə sərnişinlər heç bir təmas olmadan SİMA ilə dəmiryol platformalarında ödəniş edə biləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
"Sima ödəniş sistemi artıq bir neçə dəmir yol stansiyasında test mərhələsindədir. Yaxın günlərdə test bitdikdən sonra sərnişinlərin heç bir təmas olmadan platformalarda istifadə edə biləcək", - sədr deyib.
Bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzİnTelekom" MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli bildirib ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) stansiyalarında ödənişlər tezliklə üztanıma, yəni yeni nəsil rəqəmsal imza olan SİMA ilə həyata keçiriləcək.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !