Kazanda keçiriləcək BRİKS sammitində Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi müzakirə ediləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Bu günlərdə açıq münaqişə nöqteyi-nəzərindən regionda baş verənlər, şübhəsiz ki, BRİKS və liderlər və xarici işlər nazirləri səviyyəsində ikitərəfli təmaslarda maksimum diqqəti cəlb edəcək və birbaşa Kazanda bu mövzuda söhbət olacaq”, - məlumatda deyilir.
BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir.
BRİKS-in genişləndirilməsi məsələsi sammitdə müzakirə oluna bilər.
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Hazırda təşkilatın 10 üzvü var.

Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !