Yaxın zamanda bütün sülh sazişi layihəsi razılaşdırılacaq - Mirzoyan

10:38 | 31.10.2024
Yaxın zamanda bütün sülh sazişi layihəsi razılaşdırılacaq - Mirzoyan

Yaxın zamanda bütün sülh sazişi layihəsi razılaşdırılacaq - Mirzoyan

Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. Bunu parlamentdə xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə sahib olacağıq", - o bidlirib.
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti