Yaxın zamanlarda tərbiyəçi müəllimlər üçün sınaq imtahanları keçiriləcək

13:35 | 09.07.2024
Yaxın zamanlarda tərbiyəçi müəllimlər üçün sınaq imtahanları keçiriləcək

Yaxın zamanlarda tərbiyəçi müəllimlər üçün sınaq imtahanları keçiriləcək

Yaxın zamanlarda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün sınaq imtahanları olacaq.   Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.
 
"İmtahanlar iki formatda keçiriləcək. Həm elektron qaydada, həm də online formatda. Son 2 ildə 600-a yaxın tərbiyəçi müəllim prosesi uğurla keçərək müvafiq təyinatlar üzrə yerləşdiriliblər", - Abbasov bildirib. 
 
Nazirlik rəsmisi söyləyib ki, 2024-cü ilin sonuna qədər məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllimlərin diaqonostik qiymətləndirilməsi aparılacaq və bunun üçün lazım olan çərçivə sənədi də hazırdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM