Yaxın Şərqdə “Xristian krallığı” yaradılacaq - ŞOK

12:16 | 29.07.2014
Yaxın Şərqdə “Xristian krallığı” yaradılacaq - ŞOK

Yaxın Şərqdə “Xristian krallığı” yaradılacaq - ŞOK

“İraqı parçalamağa çalışanlar burada yeni “Xristian krallığı” yaradacaqlar”. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, İraqda yeni Xristian krallığının yaranması üçün kürdlərdən istifadə ediləcəyini bildirib:“Xristianlar hazırda kürdlərə pənah gətirib. Amma İraqdakı xristian icmasının rəhbəri özlərini müdafiə üçün yeni muxtariyyatın yaranmasının vacib olduğunu bildirir. Bu muxtariyyat yalnız Kürdüstanın tabeliyində mümkün olacaq. Əvvəla gərək “Böyük Kürdüstan” planı baş tutsun. Bu isə Ankara və Dəməşqi çox narahat edir. Əgər “Böyük Kürdüstan”ın tərkibində xristianlara özünü idarəetmə hüququ verilsə, bu, həmin dövlətin bütün xristian aləmi tərəfindən dəstəklənməsinə gətirib çıxaracaq. İlk növbədə bu dəstəyi Vatikan nümayiş etdirəcək. Çünki bu müqəddəs torpaqlarda ilk xristian dövləti olacaq. Buna Ankara sakit baxa bilməyəcək. Çünki Türkiyə anlayır ki, yeni muxtariyyatın yaranması xristian-yunan və xristian-ermənilərin də gələcəkdə eyni iddia ilə çıxış etməsinə səbəb olacaq. Bəs belə bir vəziyyət Qüdsdə - İsrail və Fələstinin illərdir vuruşduqları məkandada yaranacaqmı? Bunu söyləmək hələ çox çətindir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM