Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi seçilən müəllim və tələbələri BMW markalı avtomobillər, eləcə də 10 min və 120 min (müvafiq olaraq 2,5 və 32 min dollar) Səudiyyə rialı ilə mükafatlandırmağı qərara alıb, Oxu.Az Arab News-a istinadən xəbər verir.Məktəb müəllimləri, kurator və direktorları, eləcə də tələbələr mükafatlara ümid edə bilərlər.Məlumdur ki, idarə artıq 2014-cü ilin qaliblərini seçib.Nazirlikdə hesab edirlər ki, bu aksiya müəllim və tələbələrin motivasiyası üçün yararlı olacaq.“Bu, nazirliyin tələbələrə və ümumilikdə təhsilə məsuliyyətli münasibətini təsdiq edir. BMW avtomobilləri ilə mükafatlandırma bu sahədə işləyən insanlar üçün əla motivasiya olmalıdır”, - mənbə bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !