Fildişi sahilli futbolçu İbrahim Ture 29 yaşında dünyasını dəyişib. Qol.Az-ın xəbərinə görə, bu haqda ölkə Futbol Federasiyasının saytı məlumat yayıb.
Millinin düşərgəsində olan Kolo və Yaya Ture Mançesterdə olan kiçik qardaşlarının ölüm xəbərini DÇ-2014-ün dünən Kolumbiyaya qarşı keçirilmiş oyunundan (1:2) bir neçə saat sonra eşidiblər.
Ölümün səbəbləri haqda açıqlama verilməyib.
Qeyd edək ki, İbrahim Ture “Toumodi”, “Metallurq” (Donetsk), “Nitsa”, ASEK, “Əl-İttihad”, “Misr Lel Makasa”, “Telefonaaat Banu Suveyf” və “Əl-Nəsr” klublarında oynayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !